İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:
Azərbaycan kubokunun ½ final “İnter” – “Neftçi”
matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXIX turunun “Rəvan” – “Turan”
matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun 6 №-li
futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasının XXIX turunun “Simurq” –
“Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li
futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat
cərimə olunur (maddə 37.1).
Matç başa çatdıqdan sonra “Sumqayıt” klubunun 27 №-li
futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi
Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə
olunur (maddə 83).
Unibank Premyer Liqasının XXIX turunun “Qarabağ” –
“Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXIX turunun “İnter” – “Qəbələ”
matçının 81-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Mahir Şükürov
simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” –
“Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri
tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə
olunur (maddə 52).
Matçın 73-cü dəqiqəsində “Neftçi” klubunun 9 №-li
futbolçusu Flavio Aleks Valensioya simulyasiyaya görə sarı vərəqə göstərilmişdir.
Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud
oynanıldığı və hakimin qərarının yalnış olduğu aşkar edilmişdir. Bu səbəbdən
də futbolçuya göstərilən sarı vərəqə ləğv edilir (maddə 19.)
Matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən
sonra bu haqda İntizam Komitəsinə məlumat versin.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XXIX turunun “Turan” – “Simurq” matçında “Turan” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XXIX turunun “Qəbələ” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XXIX turunun “İnter” – “Neftçi” matçının 79-cu dəqiqəsində
“Neftçi” klubunun 17 №-li futbolçusu Malik Babayev idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 9 №-li
futbolçusu Ceyhun Cavadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Azərbaycan I divizionunun XXVII turunun “MKT Araz” –
“Bakılı” matçının 67-ci dəqiqəsində “MKT Araz” klubunun 13 №-li
futbolçusu Əli İbişov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdıldığı üçün futbolçu 2 oyunçuq cəzalanır, klub 200 manat cərimə olunur
(maddə 37.1).
Oyunun 84-cü dəqiqəsində “Bakılı” klubunun baş məşqçisi
Elman Sultanov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı
üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Azərbaycan I divizionunun XXVII turunun “Şuşa” – “Şəmkir”
matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
100 manat cərimə olunur (maddə 40).
Matçının 86-ci dəqiqəsində “Şəmkir” klubunun 13
№-li futbolçusu Tural Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
|