Topaz Premyer
Liqasının XI turunun “Sumqayıt”la qarşılaşması “İnter”in baş məşqçisi Kaxaber
Sxadadzenin Azərbaycan karyerasında 250-ci matç olacaq. Ölkəmizdə əvvəl “Standard”
sonra “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki komandanı üst-üstə 249
matça çıxarıb.
Bu
qarşılaşmalarda 122 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə
üzülüb. Onun yetirmələri 334 qol vurub, 199-nu buraxıb. 2009-cu ilin
yayından “İnter”də çalışan Sxadadzenin bu matçlarından 219-u indiki postunda
baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə
edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dır. 2008-ci ildə
“Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən
ibarətdir. Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik
edib. Qeyd edək
ki, gürcüstanlı mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa
matçının iştirakçısı oldu. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi
kimi baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını
yaşayan Sxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda
iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı
avrokubok matçıdır.
|