Bakının
“İnter” klubu ardıcıl 3 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb.
Topaz Premyer Liqasının VIII turunda “Simurq”, IX turunda “Neftçi” ilə 0:0
hesablı heç-heçə edən paytaxt təmsilçisi X turda “Qarabağ”la matçdan qolsuz “sülh”lə
ayrılıb. Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə
haldır.
Lakin
ardıcıl üç 0:0-a imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə
hal təxminən yarım il əvvəl qeydə alınmışdı. “Rəvan”, “Simurq” və “Neftçi” ilə
görüşlərdə 1 xal qazanan AZAL nə qol vurmuşdu, nə də buraxmışdı. Buna ötən
mövsümün sonunda – 32-34-cü turlarda təsadüf olunmuşdu.
Ümumiyyətlə
isə “İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib.
0:0-lar üzrə
rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və “Neftçi”yə
(1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir.
“Qarabağ” (1997/98, 2009/10) iki, “Karvan” (2009/10), “Turan” (1996/97) və “Xəzri”
(1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək
4-ə çatan olmayıb ki, seriyası davam edən “İnter” bu görünməmiş nəticəni gerçəkləşdirə
bilər.
“İnter”
ardıcıl heç-heçmə seriyası isə 4-ə çatıb. Belə ki, qolsuz başa çatan 3 görüşdən
öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Heç-heçə seriyalarında Azərbaycan
çempionatlarının rekordu isə 5-ə bərbərdir. “Neftçi” 1993/94 və 2010/11,
“Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal
əldə edib. “İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.
|