Unibank
Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan “böyük oyun”da qələbəni ev
sahibi “Xəzər Lənkəran” bayram etdi – 1:0.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Hamınız oyuna baxdınız, hər şey göz
qabağında idi. Yunis müəllimi qələbə münasibəti ilə təbrik edirəm”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “”Neftçi”, demək olar ki,
çempiondur. Böyükağa müəllimi təbrik edirəm. Komandamın oyunundan razı
qalmadım, ötürmələrdə səhvlər buraxdıq. Avroliqaya qatılmaq yolunda vacib 3 xal
əldə etdik. Qələbəyə görə futbolçularıma təəşəkkür edirəm”.
|