Unibank
Premyer Liqasının 29-cu turunda AZAL səfərdə “Kəpəz”i 2:0 hesabıyla məğlub
edib.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu oyunun çətin keçəcəyini
bilirdik. “Kəpəz” öz meydanında güclü oyun nümayiş etdirir. Futbolçularıma
müdafiədə səhvə yol verməmələrini tapşırmışdım. Bu gün qələbə
qazandığımız üçün şadam. Oyunçularım dediklərimi yerinə yetirdilər”.
Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Gərgin oyunun şahidi olduq.
60-cı dəqiqəyə kimi başabaş mübarizə gedirdi. Öz qapımıza qol vurduqdan sonra
futbolçularım ruhdan düşdülər və oyunlarını tapa bilmədilər”.
|