Topaz Premyer Liqasında I dövrənin yekunu “Simurq” üçün
uğurlu oldu. Zaqatala təmsilçisi doğma azarkeşləri önündə “Araz Naxçıvan”ı 4-0
hesabı ilə məğlub etdi.
George Çixradze (“Simurq”un baş məşqçisi): “Bu gün çox yaxşı
oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3
qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan
het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol
görməkdir. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdür. Biz bu oyunu unudub, qarşıdakı matçlara
hazırlaşmalıyıq”.
|