Topaz Premyer Liqasının IX turunda AZAL
öz meydanında “Bakı”ya 0-1 hesabı ilə uduzdu. Oyundan sonra AZAL-ın baş məşqçisi
Tərlan Əhmədov düşüncələrini bölüşüb:
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Oyunun ağır keçəcəyini futbolçulara
çoxdan demişdim. Özüm bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini
hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim.
Bunun da acısını yaşadım. Mən özümü
bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla
söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.