“Bakılı” klubu
Peşəkar Futbol Liqasına müraciət edərək 25
oktyabr – 04 noyabr 2014-cü il tarixlərində klubun 5 üzvünün Azərbaycan çimərlik
futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim məşq
toplanışında iştirak edəcəyini və bu səbəbdən də I divizionun “Bakılı” – “Şuşa”
və “Mil-Muğan” – “Bakılı” matçlarını başqa
tarixə keçirilməsini xahiş edib. Bunu nəzərə alan Peşəkar Futbol Liqası
aşağıdakı qərarları qəbul edib:
1. I divizionun VIII turunun “Bakılı” – “Şuşa”
matçı 26 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilsin. 2. I divizionun IX
turunun “Mil-Muğan” – “Bakılı” matçı 31 oktyabr 2014-cü il tarixindən başqa
tarixə keçirilsin.
|