Topaz Premyer Liqasının IX turu “Qəbələ”də
start götürdü. Açılış oyununda “Sumqayıt” səfərdə “Qəbələ”yə 1-3 hesabı ilə
uduzdu.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):
“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə
uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir
etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı
idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən
görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm.
Çünki “Qəbələ” bu gün qələbəyə layiq
deyildi”.
|