Unibank Premyer Liqasının ilk oyun günündə “Simurq” doğma azarkeşləri önündə qəbul etdiyi “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edib. Mehman Yunusov, “Sumqayıt” klubunun məşqçisi: “Bugünkü oyun haqqında danışmaq istəmirik”. Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: ““Sumqayıt”ın “Kəpəz”lə oyununu izləmişdik. Bizim üçün çətin oldu. İki qol vurmağımıza baxmayaraq ani səhvdən qapımızda qol gördük. “Sumqayıt” klubununa uğurlar arzulayıram.”
|