Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil
edən “Qarabağ” növbəti oyununu keçirdi. Topaz Premyer Liqasının son qalibi olan
“Qarabağ” Ukraynada “Dnepr”lə üz-üzə gəldi. Bu oyunda Ukrayna klubunun şansları
yüksək qiymətləndirilsə də, “Qarabağ” mülahizələri alt-üst etdi. Belə ki, Azərbaycan
təmsilçisi rəqibini 1-0 hesabı ilə məğlub edərək, aktivinə üç xal yazdırdı. “Qarabağ”
eyni zamanda, Azərbaycan klubları arasında Avropa Liqasının qrup mərhələsində qələbə
qazanmış ilk klub kimi tarixə düşdü.
Peşəkar Futbol Liqasının kollektivi bu qələbə münasibəti ilə “Qarabağ” klubunu,
eləcə də bütün futbolsevərləri təbrik edir, Azərbaycan təmsilçisinə növbəti
oyunlarda uğurlar arzulayır.
|