Azərbaycan
Kubokunun 1/16 final mərhələsində “Qaradağ Lökbatan” “Zirə”ni 1-0 hesabı ilə məğlub
etdi. “Qaradağ Lökbatan” 1/8 final mərhələsində “Neftçi” ilə üz-üzə gələcək.
Bəhram Şahquliyev (“Zirə”nin baş məşqçisi): “Biz yeni komandayıq. Oyundan
oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə
baxmayaraq, mən futbolçulardan razı qaldım. Hakimlik barədə danışmaq istəmirəm.
Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha
üstün idik. Düşünürəm ki, hakim Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti
verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik.
Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku
qazansınlar”.
Adil Mahmudov (“Qaradağ
Lökbatan”ın baş məşqçisi): “Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında
ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə
vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə
bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu
yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik.
“Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə
baxımından çox vacibdir”.
|