Azərbaycan
Kubokunun 1/16 final mərhələsində “Lokomotiv”i məğlub edən MOİK növbəti mərhələyə
yüksəldi.
Namiq Adilov (MOİK-in baş məşqçisi):“Qələbə qazandığımız üçün
sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi. Çempionatda ardıcıl oyunlarda
xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə
motivasiyanı artıracaq. Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun
taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq. Kubokda “Qarabağ”la
qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas
olan çempionatda mümkün qədər irəli getməkdir.
Kubok ikinci plandadır”.
İlqar Hüseynov (“Lokomotiv”in məşqçisi):
“İlk növbədə rəqibi qələbə münasibəti ilə
təbrik edirəm. Yaxşı oyun oldu. İlk hissədə yaxşı şanslarımız olsa da,
yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Biz bunu aradan
qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”.
|