XXIII
Azərbaycan Kuboku uğrunda yarışlara bu gün start verilib. 1/16 final mərhələsində
iki oyun keçirilib. “Qaradağ Lökbatan” “Zirə”ni, MOİK isə “Lokomotiv”i qəbul edib. Hər
iki oyunda meydan sahiblərinin 1-0 hesablı qələbəsi qeydə alınıb. Beləliklə,
MOİK və “Qaradağ Lökbatan” Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinə
yüksəlib. Bu mərhələdə “Qaradağ Lökbatan” “Neftçi”, MOİK isə “Qarabağ”la üz-üzə
gələcək. Oyunlar dekabrın 3-də keçiriləcək.
|