İntizam Komitəsinin bu gün
keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun
4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Topaz Premyer
Liqasının VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ”
klubunun isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000
manat cərimə olunur (maddə 40).
Topaz Premyer
Liqasının VIII turunun “Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan” klubunun
4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Topaz Premyer
Liqasının VIII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5
futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafovun idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və
İnzibatçısı Vüqar Əliyevin hakimlər
briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanır, klub 10000 manat cərimə
olunur. (maddə 42.4).
Əvəzedici heyətlərin VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur (maddə 40).
Əvəzedici heyətlərin
VIII turunun “Araz Naxçıvan” – AZAL matçının 44-cü dəqiqəsində “Araz Naxçıvan”
klubunun 54 №-li futbolçusu İlqar İsmayılov idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub
100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin
VIII turunun “İnter” – “Simurq” matçının 89-cu dəqiqəsində “Simurq” klubunun 83
№-li futbolçusu Elmir Sulxayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I Divizionunun
VII turunun “Neftçala” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun
VII turunun MOİK – “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində MOİK klubunun 2 №-li
futbolçusu Zahid Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə
olunur.(maddə 42.3).
Azərbaycan I Divizionunun
VII turunun “Ağsu” – “Kəpəz” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun
VII turunun “Lokomotiv” – “Energetik” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun
VII turunun “Zirə” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 88 №-li
futbolçusu Vügar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun
VII turunun “Bakılı” – “Şəmkir” matçının 71-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li
futbolçusu Anar Rzayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48)ş Oyunun 86-cı dəqiqəsində “Bakılı” klubunun 6 №-li
futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I Divizionunun
VII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 13-cü
dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Sabir Allahquliyev aqressiv
hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4
oyun cəzalanır, klub 400 manat cərimə olunur. (maddə 38.3).
Oyunun 67-ci
dəqiqəsində “Qaradağ Lökbatan” klubunun
85 №-li futbolçusu Natiq Əkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə
olunur. (maddə 42.3).
Oyunun 70-ci
dəqiqəsində “Mil-Muğan” klubunun massajisti Səbuhi Məhərrəmov rəqib komandanın
futbolçularını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə
olunur. (maddə 42.3).
Oyundan sonra
“Qaradağ Lökbatan” klubunun futbolçusu
Cavid Mirzəyev əsas binanın qapısının şüşəsin sındırıb. Mil-Muğan” klubu dəymiş
ziyanı kluba bildirdikdən sonra həmin məbləğ “Qaradağ Lökbatan” klubu tərəfdən stadiona ödənilsin.
Hakimlər briqadası oyuna gecikdiyi üçün
oyun 30 dəqiqə gec başlamışdır. Hakimlər Komitəsi hakimlər haqqında ölçü götürüb
İntizam Komitəsinə məlumat versin.
|