Karyerasını davam etdirən
futbolçular arasında Azərbaycan çempionatının ən yaxşı bombardirləri sırasında olanlar
üçün VIII tur uğurlu olub. Rəşad Abdullayev AZAL, Vüqar Nadirov “Qarabağ”, Rauf
Əliyev “Xəzər Lənkəran”ın heyətində fərqlənib. Sonuncu qol sayını 36-ya
çatdırıbsa, hesabında 40-dan artıq qol olan digərləri 50 və daha çox qol
vuranların siyahısına daha da yaxınlaşıb. 47-ci dəfə qol sevinci yaşayan
Abdullayevi 32 nəfərlik siyahıdan cəmi 3 qol ayırır. Nadirov isə bunun üçün 9
qol vurmalıdır. Ümumiyyətlə hazırda Premyer Liqada çıxış edən 8 oyunçunun
hesabında 30 və daha çox qol var.
1. Rəşad
Abdullayev – 47
2. Viktor İqbekoyi
– 43
3. Vüqar Nadirov –
41
4. Rauf Əliyev -
36
5. Baçana Sxadadze
– 33
6-7. Əfran
İsmayılov, Junior Nildo – 31
8. Flavinyo – 30
|