Üç futbolçu Topaz Premyer
Liqasında yubiley matçına çıxıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər
verir ki, onlardan biri 250-ci, ikisi
100-cü dəfə çempionat matçının iştirakçısı olub.
Premyer Liqada
2008/09 mövsümündə debüt edən Qara Qarayev çempionatda 100 görüşün hamısını
“Qarabağ”ın formasında keçirib. Klubunda 100-cü Premyer Liqa matçına 7-ci
mövsümdə çıxan dayaq yarımmüdafiəçisi bu matçlarda 1 qol vurub.
“Bakı”, “Qarabağ”,
“Simurq”, “Kəpəz”, “Rəvan”da da çıxış etmiş Bəxtiyar Soltanov 100-cü oyununu
“Araz-Naxçıvan”ın heyətində keçirib. 2007/08 mövsümündə debüt edən hücumçu
yubiley matçında 14-cü qolunu vurub.
Debütü 2001/02 mövsümünə təsadüf edən Elnur
Abdullayev “Bakı”, “Neftçi”, AZAL, “Turan”, “Muğan”da çıxış etdikdən sonra 250-ci
oyununu “Xəzər Lənkəran”da keçirib. Hesabında 15 qol da olan yarımmüdafiəçi 250
və daha çox matç keçirən 39-cu futbolçu olub.
|