Topaz Premyer Liqasının VIII turunda keçirilən və
0-0 hesabı ilə başa çatan “İnter” – “Simurq” oyunundan sonra qonaqların baş məşqçisi
George Çixradze düşüncələrini bölüşüb:
George Çixradze ("Simurq"un baş məşqçisi): “Çox gәrgin bir oyunun şahidi olduq. Hәr iki
komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı. "İnter"in də,
bizim də imkanlarımız var idi. Fikrimcә, biz qol vurmağa daha yaxın idik. Amma
tәәsüf ki, alınmadı”.
|