İntizam Komitəsinin bu gün
keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının VII
turunun “Bakı” – “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun
məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə
62).
Topaz Premyer
Liqasının VII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur
(maddə 40).
Topaz Premyer
Liqasının VII turunun AZAL – “İnter” matçında AZAL və “İnter” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer
Liqasının VII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur
(maddə 40).
Əvəzedici heyətlərin VII turunun “Qarabağ” –
“Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici
heyətlərin VII turunun “Bakı” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur (maddə 40).
Oyunun 90+3-cü
dəqiqəsində “Araz Naxçıvan” klubunun 65 №-li futbolçusu Əbülfəz Hacıyev
idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə
48).
Əvəzedici
heyətlərin VII turunun AZAL – “İnter” matçında “İnter” klubunun baş məşqçisi
Rüstəm Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə
62).
Azərbaycan I Divizionun IV turunun “Energetik” – “Mil-Muğan” matçının 25-ci dəqiqəsində
“Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I Divizionun IV turunun
“Turan-T” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|