Azərbaycan çempionatları
tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.
“Qarabağ”ın futbolçusu Vüqar Nadirov yubiley 40-cı qolunu vurmaqla ilk
“50-liy”ə daxil olub. Topaz Premyer Liqasının VII turunun “Neftçi” ilə oyununda
(3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu “40”a 4
klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Nadirov bu komanda
üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 – 2, 2003/04 – 3, 2004/05 –
4, 2009/10 – 2, 2010/11 – 1, 2011/12 – 2, 2012/13 – 5, 2013/14 – 5, 2014/15 –
2. “Karvan”da 6 (2008/09), “Xəzər Lənkəran”da 5 (2005/06 – 3, 2006/07 – 2) dəfə
fərqlənən Vüqar “Masallı”nın 3 (2007/08) qoluna imza atıb.
40 qol vuran yarımmüdafiəçi
Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına
şərikdir. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman
Allahverdiyev də eyni qədər qola sevinib. Buna 271-ci çempionat oyununda nail
olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız
ikisindən, AZAL-da çıxış edənlər – Rəşad Abdullayev (46) və Viktor İqbekoyidən
(43) geri qalır.
Qeyd edək ki,
“Neftçi” ilə oyunda daha bir futbolçu – Riçard Almeyda da yubiley qoluna imza
atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.
|