Azərbaycan çempionu “Qarabağ”
üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb. Ağdam təmsilçisi
Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb. Belə ki, son
6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban
Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın
18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra
rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin
Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar
Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən
qola imza atıb.
|