Dünən Avropa Liqasında qrup mərhələsinin oyunlarına start
verildi. Turnirdəki təmsilçimiz “Qarabağ” ilk oyununu Tofiq Bəhramov adına
Respublika Stadionunda Fransanın “Sent Etyen” klubuna qarşı keçirdi. “Qarabağ”
rəqibini oyun baxımından üstələsə də, qol vura bilmədi. Beləliklə, görüş 0:0 hesabı
ilə başa çatdı.
“Qarabağ”ın qrup mərhələsindəki rəqibləri – “Dnepr” və “İnter”
isə Ukraynada üz-üzə gəliblər. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Qeyd edə ki, “Qarabağ” qrup mərhələsindəki növbəti oyununu
oktyabrın 2-də səfərdə “İnter”ə qarşı keçirəcək.
|