İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun
6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Eduardo
Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
30 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer
Liqasının IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun
Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 48).
Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər
Lənkəran” klubunun 4 futbolçusunun sarı
vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin III
turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusunun sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin IV
turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Sumqayıt” klubunun 5, “Araz
Naxçıvan” klubunun 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun
50 №-li futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə
olunur (maddə 42.1).
|