02.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Karvan" 1-0 "İmişli" - Videoicmal

Slide 1

"Difai Ağsu" 4-1 "Mingəçevir" - Videoicmal

Slide 1

"Karvan" - "İmişli" canlı yayım

Slide 1

"Difai Ağsu" - "Mingəçevir" canlı yayım

Slide 1

I Liqa: XXIV turun təyinatları

Slide 1

“Şahdağ Qusar” 3-3 “Füzuli” – Videoicmal

Slide 1

“Şəfa” 2-1 “Dinamo” – Videoicmal

   “Tək məqsədimiz var – çempionluq”      2014-08-30

Azərbaycan I Divizionunda növbəti mövsümün püşkatması keçirilib. AFFA-nın inzibati binasında reallaşan tədbirdə divizionda yarışacaq 16 komandanın nümayəndələri də iştirak etdilər. Mərasimdən sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamalar verən klub nümayəndələri bir sıra maraqlı məqamlara toxundular.

“Bu dəfə hədəf ilk beşlikdə qərarlaşmaqdır”

Nadir Qasımov (“Şuşa” klubunun baş məşqçisi): “Komandada ümumi ab-hava yaxşıdır. Deyərdim ki, kollektiv çempionata tam hazırdır. Sadəcə, biz indiki məqamda sponsor baxımından bir qədər əziyyət çəkirik. Konkret olaraq, rəsmi sponsorumuz yoxdur. Amma bütün bunlara baxmayaraq, işimizi davam etdiririk. İrandan iki yeni futbolçu heyətə cəlb olunub, Rusiyadan qapıçı dəvət etmişik, həmçinin Rusiyada yaşayan bir azərbaycanlı futbolçunu dəvət etmişik. Ötən il biz maddi durumumuzun fonunda yaxşı nəticə əldə etdik. Fasilə zamanı heyətimizdən 6 futbolçu getdi, iddiamız isə azalmır. Cari mövsümü mütləq şəkildə ilk yerdə başa vurmalıyıq. Sponsor məsələsi həll olunsa, o zaman işimiz asanlaşar. Çempionat ərzində Respublikanın 11 bölgəsində oyunlarda olacağıq. Bütün bunlar maliyyə tələb edir. Ona görə də sponsora ehtiyacımız var”.

“Bir neçə turdan sonra biləcəyik ki, bu komanda nəyə qadirdir”

Füzuli Əliyev (“Rəvan”ın icraçı – direktoru): “Tamamilə yeni komanda qururuq. Ötənilki heyətdən sadəcə bir futbolçu qalıb. Yamin Ağakərimzadə heyətdə saxlanılıb. Komandanın əsasını isə ötən il əvəzedici heyətdə çıxış edən gənclər təşkil edir. Biz onlara güvənirik. Eyni zamanda, heyətə yeni futbolçular da qoşulub. Pərvin Paşayev, Orxan Məmmədov kimi oyunçuları komandaya  gətirmişik. Cəmşid Məhərrəmovun durumu hələ ki, bəlli deyil. Onun bizimlə müqaviləsi var. Futbolçuya tapşırmışıq ki, özünə komanda tap. Əgər onun işləri alınmasa, o zaman bizimlə qalacaq. Biz çempionata hazırıq. Yenidən Premyer Liqaya qayıtmaq gücündə olub-olmadığımızı isə bir neçə tur keçdikdən sonra deyə bilərik”.

“Məqsədimiz birdir”

Tahir Mustafayev (“Qaradağ Lökbatan”ın prezidenti): “Biz həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışında olmuşuq. Deyərdim ki, bu il çox yaxşı kollektiv formalaşdırmışıq. Son vaxtların ən yaxşı komandasını qurmuşuq. Məqsədimiz birdir: birmənalı şəkildə çempionluq uğrunda mübarizə aparacağıq. Bu heyət çempion olmağa layiqdir. İnşallah, çempionatda uğurlu çıxışımızı davam etdirib, qızıl medalları qazanmalıyıq”

“Yeni yaranan klub olsaq da...”

Aydın Gözəlov (“Zirə”nin idman direktoru): “Biz yeni yaranan klub olsaq da, çempionata hazırıq. Hər hansı bir problemimiz yoxdur. Çempionatda yarışacağımız ilk ildə medalçılar sırasına düşmək hədəfimizdir. Əyarın fərqi yoxdur, əsas medaldır. Biz heyətə çox sayda gənc oyunçu cəlb etmişik və onlara güvənirik”.

“Çempionata tam hazır deyilik”

Mətləb Məmmədov (“Mil Muğan”ın baş məşqçisi): “Deməzdim ki, komanda çempionata tam hazırdır. Çünki istədiyim futbolçuları komandaya cəlb edə bilməmişəm. Buna görə də problemlər var. Hər mövqedə oyunçuya ehtiyacımızın olduğunu hiss edirəm. Amma biz heç kimdən zəif deyilik və oyunlarda sona qədər mübarizə aparacağıq. Klubda maddi durum ötən il olduğu kimidir”.

   Turnir cədvəli
1 Qarabağ 32 73
2 Sumqayıt 32 50
3 Neftçi 32 50
4 Zirə 32 49
5 Sabah 32 49
6 Səbail 32 42
7 Turan Tovuz 32 42
8 Araz-Naxçıvan 32 35
9 Kəpəz 32 34
10 Qəbələ 32 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 24 46
3 Şamaxı 23 45
4 MOİK 23 42
5 Karvan 24 38
6 Zaqatala 23 26
7 Mingəçevir 24 25
8 İrəvan 23 23
9 Difai Ağsu 24 20
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 0102 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: