Topaz
Premyer Liqasının 4-cü turunda “Bakı”nı qəbul edən “Qarabağ” rəqibin müqavimətini
qıra bilmədi və hesabda geri düşdüyü oyunda yalnız 1 xal qazanmağı bacardı – 2:2.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyun barədə çox
danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal
daha yaxşıdır. “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik
edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol
vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi
futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək
istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq,
futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik.
Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq.
Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə
görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.
|