Topaz
Premyer Liqasının 4-cü turunun son oyununda “Bakı” səfərdə “Qarabağ”la
qarşılaşdı. Ölkə çempionuna qarşı inamlı oyunu ilə diqqət çəkən paytaxt klubu
2:2 hesablı heç-heçəyə nail olaraq mövsümdə ilk xalı aktivinə yazdı.
İbrahim Uzunca, “Bakı” klubunun baş məşqçisi: “Hər həftə bir qədər daha
yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal
qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm.
Qazanılan xalı rəhbərliyə həsr edirəm. “Qarabağ”a isə növbəti Avroliqa
oyunlarında uğurlar arzu edirəm. Yolları açıq olsun”.
|