Topaz
Premyer Liqasının 4-cü turunda “Simurq” səfərdə “Neftçi”yə 1-2 hesabı ilə məğlub
olaraq turnir cədvəlinin şərikli lideri olmaq fürsətini əldə verdi.
George
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Hər iki hissəyə yaxşı başlamadıq.
İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız
oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı
qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində
buraxdığımız qollar komandaya psixoloji təsir etdi”.
|