Topaz Premyer Liqasının 4-cü turunda “Qəbələ” doğma meydanda
AZAL-a 1-2 hesabı ilə məğlub oldu.
Dorinel Munteanu, “Qəbələ” klubunun baş məşqçisi: “Bu nəticə
məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol
buraxdıq. Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək
üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə
ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı
oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristea bu gün yaxşı çıxış etmədi, ona
görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün
deyil. Komandamın hər bir oyunçusuna inamım var”.
|