Topaz Premyer Liqasının 4-cü turunda AZAL səfərdə “Qəbələ”ni
2-1 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini rəsmiləşdirdi.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “Mövsüm
başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb
edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu göstərmək üçün hələ zamana ehtiyacımız
var. Lakin bugünkü oyun da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam
uyğunlaşmayıb. Qələbə bizə çox vacib idi. Deyə bilmərəm ki, bu bizim üçün dönüş
nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli
idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi
Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya
qoşulacaqlar. İlk oyunda Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac
olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki,
komandadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyun ilə dönüş
yarada bilir”.
|