Topaz
Premyer Liqasının 4-cü turunda doğma meydanda “İnter”lə qarşılaşan “Xəzər Lənkəran”
rəqibini 1-0 hesabı ilə məğlub edərək uğursuz oyunlar seriyasında dönüş etdi.
Oğuz Çetin, “Xəzər Lənkəran” klubunun baş məşqçisi:
“Komandamın bu cür qələbəyə ehtiyacı var idi. Mövsümə yaxşı başlamadıq. Gözəl
oyun göstərsək də, çoxlu qol imkanları yaratsaq da, ilk 3 oyunda gözlədiklərimizin
qarşılığını ala bilmədik. Bu gedişi dəyişdirməyimiz lazım idi. Dönüş oyunumuz “İnter”lə
oyunda oldu. Çox ağır oyunlardan öncə bir-birinə dəstək vermək, bir ailə kimi
olmaq çox vacibdir. “Simurq” məğlubiyyətindən sonra klub prezidenti Mais Mənsimov
hər gün komandanın yanında idi və bizə çox böyük dəstək verdi. Bizim üçün bu
çox vacib idi. Oyuna bir ailə kimi hazırlaşdıq. Futbolçularımı göstərdikləri mübarizəyə
görə təbrik edirəm. Qələbə qazanmaq üçün hər şeyi etdik. Bu gün bir daha gördük
ki, azarkeşlərimiz bizə dəstək olduğu zaman komandamız daha da yaxşı oyun göstərir.
Bu gün onlar da bizə çox ciddi dəstək verdilər. Bu qələbə qarşıdakı oyunlarda
daha inamlı çıxış etməyimizə kömək edəcək. “İnter” kimi komandaya qarşı oynamaq
asan deyil. Futbolçuların üstün mübarizə əzmi və verilən taktiki tapşırıqların
tam yerinə yetirilməsi qələbə qazanmağımızda rol oynadı”.
|