Topaz
Premyer Liqasının 4-cü turunun açılış oyununda “İnter” səfərdə “Xəzər Lənkəran”la
qarşılaşdı. Rəqibinə minimal hesabla uduzan paytaxt komandası mövsümdə ilk məğlubiyyətini
aldı – 0:1.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə
istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi. “Xəzər
Lənkəran”ın 3 oyunda bir xalı var idi. Onlar üçün bu oyun dönüş etmək üçün sonuncu şans idi. Futbolçulara
bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun
oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi. Bir neçə yaxşı qol
imkanı yaratdıq, lakin istifadə edə bilmədik. “Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol
epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi
tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki
futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına
şans veriləcək”.
|