25.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

I Liqa: XXIII turun təyinatları

Slide 1

Finalda təkrarlanan 6-cı cüt

Slide 1

“Qarabağ” “Neftçi”yə çatdı

Slide 1

Ən məhsuldar yarımfinal

Slide 1

"Qarabağ" 4-1 "Neftçi" - Videoicmal

Slide 1

Misli Premyer Liqasının XXXII turu rəqəmlərin gözü ilə

Slide 1

"Qəbələ" 0-2 "Zirə" - Videoicmal

   R.Musayev: “Topaz Divizion klublarına təmənnasız top verib”      2014-08-29

Futbol üzrə Azərbaycan I Divizionunun yeni mövsümünün püşkatma mərasimində çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev öz fikirlərini bildirib:

“Yeni mövsümün püşkatmasının hər biriniz üçün uğurlu olmasını arzulayıram. Bir neçə il öncə klublarımız bir mərhələ keçəndə bayram edirdik. Artıq böyük nailiyyətlər əldə etməyə alışmışıq. Ona görə də dünən “Neftçi”nin pley-off mərhələsində məğlub olması hamımıza pis təsir etdi. İlk dəfə bir neçə mərhələ adlamaq sevincini bizə yaşadan da, avrokuboklarda öz sözünü deyən də “Neftçi” olub. Təəssüf ki, dünən bizi sevindirə bilmədi. Amma “Qarabağ”ın dünən qrup mərhələsinə vəsiqə qazanması ölkəmizin təbliğ olunması baxımından çox yaxşıdır. Bir gün “Şuşa” klubu da qrup mərhələsinə vəsiqə qazanarsa sevinərəm. Bu, bizim üçün vacibdir.  Bir-birimizə dəstək olmalıyıq. Futbol idmandır, şoudur. Burada əsas məsələ “Qarabağ”ın adıdır. Püşkatmada yalnız bir ad yazılacaq – “Qarabağ” - Azərbaycan. Yəqin ki, bu, başqa klublarımız üçün də  bir örnək olar. Futbolumuzun bu səviyyəyə qalxması ölkə başçısı cənab İlham Əliyevin idmana olan qayğısından xəbər verir. Buna qədər digər idman növlərində uğurlarımız var idi, futbolda isə bir az “axsayırdıq”. Danılmaz faktdır ki, artıq ikinci komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Ölkələrin reytinqinə baxanda neçə ölkəni geridə qoyduğumuzu görə bilərsiniz. Postsovet məkanında yalnız Rusiya, Ukrayna və Belarusiyadan geri qalırıq. 340 gürcüstanlı oyunçu legioner həyatı yaşayır. Bizdə isə bu say çox azdır. Bəzən tətbiq olunan gənc oyunçu limitinə görə bizi tənqid edirlər. Hər mövsüm sonunda futbol ictimaiyyətinə yeni təkliflərlə bağlı müraciət edirik. Mövsüm öncəsi bir neçə I Divizion təmsilçisi gənc oyunçu tapa bilməməsindən gileylənirdi. Lakin heç biri rəsmi müraciət göndərmədi ki, mən də bu məsələni İcraiyyə Komitəsində qaldırım. Normal səviyyəli futbolçularımız barmaqla sayılacaq qədərdir, kifayət qədər də pul qazanırlar. Gənc futbolçuların sayı artandan sonra rəqabət də artacaq. Limitlə bağlı bir neçə mövsüm müəyyən qədər çətinlik olacaq, amma tezliklə bunun bəhrəsini görəcəyik. I Divizion klublarından Premyer Liqaya çox az sayda oyunçu gəlir. İlk dəfə olaraq Premyer Liqada Unibankla əməkdaşlıq etmişik. Premyer Liqamıza hal-hazırda isə Topaz sponsorluq edir. Yeni mövsümdən I Divizionda mübarizə aparacaq “Zirə” klubuna Kapital Bank maliyyə yardımı ayırır. Onların rəhbərliyinə minnətdarlığımı bildirirəm. Topaz hər bir Divizion komandası üçün təmənnasız olaraq 30 futbol topu verib. Bu, Premyer Liqada ötən mövsüm oynanılan topların eynisidir. Elə klublarımız var idi ki, normal oyun toplarını almağa imkanı yox idi. Məşqlərdə və oyunlarda müxtəlif toplardan istifadə edirdilər. Bu da gənc futbolçuların inkişafına mənfi təsir göstərirdi. Topaz-ın sayəsində artıq bu məsələ də öz həllini tapıb. Buna görə Topaz rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hər bir klubumuzun sponsoruna futbola verdiyi töhfəsinə görə təşəkkürümü bildirirəm, hər birinizə yarışlarda uğurlar arzulayıram. İstənilən I Divizion komandasının Premyer Liqaya yüksəlməsi bizim üçün sevindirici haldır. Futbolun insanlarımıza verdiyi sevinc çox böyükdür. Bu hissləri daha çox yaşatmalıyıq”.

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 2425 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: