18.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Dinamo" 0-4 "Qusar - Videoicmal

Slide 1

"Karvan" 0-1 "Qaradağ Lökbatan" - Videoicmal

Slide 1

"Zaqatala" 2-0 "Araz Saatlı" - Videoicmal

Slide 1

"Karvan" - "Qaradağ Lökbatan" canlı yayım

Slide 1

“Dinamo” – “Qusar” canlı yayım

Slide 1

"Difai Ağsu" - "İmişli" canlı yayım

Slide 1

"Zaqatala" - "Araz Saatlı" canlı yayım

   R.Sadıqov: “Qarabağ” adının qrupda olması Azərbaycan üçün tarixi məsələdir      2014-08-29

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. R.Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədir. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq.

- “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk oyunda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa  çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.

- “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırmışdı. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?

- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, “Qarabağ” Azərbaycanındır. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdir.

- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?

- “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq.  “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə oyunlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir oyuna maksimum dərəcədə köklənək və nəticə əldə edək.

- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidir?

- “Qarabağ”ın heyəti yetərlidir. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldır. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.

- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdır.

- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının oyunları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.

- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?

- Karyeramın yaxşı mərhələsidir. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdır. Amma yenə də irəli getmək istəyirəm.

Müsahibəni hazırladı: Elgiz Abbasov   

   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Neftçi 30 47
3 Zirə 30 46
4 Sumqayıt 30 44
5 Sabah 30 43
6 Turan Tovuz 30 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 1718 19 20 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: