“Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqasına
müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini
və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının
yüksək olduğundan Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ”
və AZAL - “Neftçi” matçlarının təxirə
salınmasını xahiş etmişlər. Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin
3.19 bəndini nəzərə alaraq, Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan”
– “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirilmişdir.
|