“Qarabağ”
və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını
21 avqust 2014-cü il tarixində keçirilməsi səbəbindən və klubların PFL-ə müraciətini
nəzərə alaraq təqvimdə aşağıdakı dəyişikliklər edilmişdir.
1.
Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” matçı 23 avqust
2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilmişdir. Əvəzedici
heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.
2.
Topaz Premyer Liqasının III turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il
tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilmişdir.
|