20.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Turan Tovuz" 1-4 "Sumqayıt" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Sumqayıt" canlı yayım

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Misli Premyer Liqası: XXXI turun təyinatları

Slide 1

"Difai Ağsu" 2-2 "İmişli" - Videoicmal

Slide 1

"Dinamo" 0-4 "Qusar - Videoicmal

Slide 1

"Karvan" 0-1 "Qaradağ Lökbatan" - Videoicmal

   Sabiq “döyüşçü”lərin təəssüratları: “Tvente”nin “Qarabağ”la oyunlarda şansı qalmayacaq” - SORĞU      2014-08-19

Topaz Premyer Liqasının sonuncu qalibi “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında oynamaq hüququ qazandı. Qurban Qurbanovun komandası pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə üz-üzə gələcək. Enşede təmsilçisi “Qarabağ” üçün tanış rəqibdir. “Qarabağ” 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynayıb və iki oyunun nəticəsinə görə uduzub. Evdə qolsuz heç-heçəyə nail olan “Qarabağ” səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı olaraq, həmin il “Tvente”yə qarşı oynamış bir neçə futbolçu ilə əlaqə saxlayıb avqustun 21-də reallaşacaq matç öncəsi fikirlərini aldıq.

“Qarabağ” istənilən komandaya qol vura bilər”

Ayxan Abbasov (“Qarabağ”ın sabiq üzvü, hazırda klubun U-17 komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı. İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür.  “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidir. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan  problemi yoxdur. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdır”.

“O vaxt əsas heyətdə 1 legioner oynamışdı”

Zaur Həşimov (“Qarabağ”ın sabiq müdafiəçisi, klubun U-19  komandasının baş məşqçisi):

“2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm  ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”.  

“Biz “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu Avropaya bir daha sübut edəcəyik” 

Aslan Kərimov (“Qarabağ”ın sabiq kapitanı, milli komandamızın məşqçisi): “Sözsüz, 2009-cu ildəki “Tvente” çox güclü idi. Komandanın tərkibində çox yaxşı oyunçular vardı. Həmin vaxt “Tvente” geniş heyətə və böyük iddiaya malik idi. Bizim komandamız isə indiki ilə müqayisədə nisbətən zəif və təcrübəsiz görünürdü. “Qarabağ”ın indiki kollektivi güclüdür. Amma bu məqam “Qarabağ”ın asan mərhələ keçəcəyi anlamına gəlmir. “Tvente”nin orta yaş həddi 21 olsa da, Hollandiya futbolunun təmsilçisi olması  artıq bütün suallara cavabdır. “Qarabağ”ı çox çətin oyunun gözlədiyi dəqiqdir. Bütün bunların fonunda əminəm ki, oturuşmuş heyətə və hücumda bir birini yaxşı başa düşən oyunçulara malik “Qarabağ” qrup mərhələsinə düşəcək. Biz Avropaya “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha göstərəcəyik”.

Vüqar Nadirov (5 il öncə olduğu kimi yenə də heyətdə olan futbolçu): “Qarabağ” “Tvente” ilə 2009-cu ildəki oyunlarda çox istəkli idi.  Amma həmin vaxt heyətimiz təcrübəsiz idi. O vaxt  yaxşı oynasaq da, mərhələ keçə bilmədik. Səfər oyununda qol vurmuşdum. Bu dəfə də eyni işi görmək istəyirəm. Lakin əsas məsələ komandamızın uğur qazanmasıdır və bunun üçün çalışacağıq”.

Elvin  Məmmədov (“Qarabağ”ın sabiq,  “İnter”in  hazırkı üzvü): “Açığı, indiki “Tvente” barədə məlumatım yoxdur. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı. İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidir. Bu məqamları nəzərə almaq lazımdır.

“Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də  komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”.

Hazırladı: Elgiz Abbasov

   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Sumqayıt 31 47
3 Neftçi 30 47
4 Zirə 30 46
5 Sabah 30 43
6 Turan Tovuz 31 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 1920 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: