İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının II turunun “Xəzər Lənkəran”
– “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 38-ci dəqiqəsində “Xəzər Lənkəran”
klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının II turunun “Nefçi” –
“Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının
79-cu dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov hakimləri təhqir
etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500
manat cərimə olunur (maddə 42.4).
Əvəzedici heyətlərin II turunun “Simurq” – AZAL matçında “Simurq” klubunun
5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin II turunun “Qəbələ” – “Araz Naxçıvan” matçının
90+1-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Luis Paulo Hilario rəqibi
təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
|