06.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

“Qarabağ”dan klub rekordu

Slide 1

“Sumqayıt”dan sülh rekordu

Slide 1

10 ildən sonra

Slide 1

"Araz-Naxçıvan" 0-1 "Sabah" - Videoicmal

Slide 1

"Turan Tovuz" 1-2 "Zirə" - Videoicmal

Slide 1

"Araz-Naxçıvan" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" - "Zirə" canlı yayım

   Oğuz Çətin: “Çempionatdakı hər bir komandanı üstələyə bilərik”      2014-08-18

“Xəzər Lənkəran” Topaz  Premyer Liqasının ikinci turunda ilk ev oyununa çıxdı. Oğuz Çətinin başçılıq etdiyi komanda azarkeşləri önündə “Sumqayıt”a 0:1 hesabı ilə uduzdu. Oyundan sonra Peşəkar Futbol Liqasının əməkdaşının suallarını cavablandıran baş məşqçi Oğuz Çətin bir sıra məqamlara toxundu.

“Məqsədimiz yaxşı komanda olduğumuzu azarkeşlərə göstərmək idi”

“Cari mövsümdə doğma meydançamızda ilk oyunumuza çıxdıq.  Məqsədimiz yaxşı bir kollektiv olduğumuzu azarkeşlərə göstərmək idi. Bir həqiqət var ki, biz çox yaxşı komandayıq. Amma ilk iki matçda böyük şanssızlıqlar yaşayırıq. Bütün bunların fonunda qarşıdakı oyunlarla bağlı hər hansı bir həyəcanımız yoxdu. Futbolda belə bir anlayış var ki, ani bir səhv oyunun taleyini həll edir.  “Sumqayıt”la oyunda da səhvə yol verdik. Bütün bunlara baxmayaraq, biz qalan vaxt  ərzində oyunu çevirmək üçün çox çalışdıq.  Lakin bunu bacara bilmədik. Son 2 həftədə 5 xal itirdik. Nəticə qənaətbəxş olmasa da, çox yaxşı oynadığımızı düşünürəm. Ona görə də qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağıq. “Simurq”la oyunda 3 xalı aktivimizə yazmalıyıq”.

“Problemin ötən ildəki kimi olduğunu demək olmaz”

“Komanda olaraq, çox sayda qol epizodları yaradırıq. Bu, çox önəmli bir məqamdır.  Amma qol vurmaq daha önəmlidir. Ötən ildəki problemlə indiki problem eyni deyil. İndi bizim komandamız topla çox yaxşı davranır, topu özündə daha çox saxlayır. Ən böyük problemimiz qol vura bilməməyimizdir. Futbolçularımın lazım olan yerlərdə daha dəqiq oynaması lazımdır. Ümid edirəm ki, onlar bunu bacaracaqlar”.

“Orxan Sadıqlı bu ölkə üçün önəmli bir dəyərdir”

“Biz qapıçı axtarışlarını yekunlaşdırmışıq. Yaxın günlərdə düşərgəyə yeni qapıçı cəlb olunacaq. İndiki məqamda onun kimliyi barədə geniş məlumat vermək istəmirəm. Orxan Sadıqlının səhvlərinə gəldikdə isə deməliyəm ki, gənc qapıçı startda iki şanssız oyun keçirdi. Amma  unutmayaq ki, Orxan inkişaf etməkdə olan bir qapıçıdır. Azərbaycan üçün dəyərli bir futbolçudur. Biz ona hər zaman şans verəcəyik. Amma onunla rəqabət üçün təcrübəli, yükü daşıya biləcək bir qolkiper də gətirəcəyik.

“Bizi qınamağa haqları var”

“Son iki həftədə 5 xal itirmişik. Bir komandanın başına ancaq bu qədər şanssızlıq gələ bilər. Sözsüz, nəticədə biz məğlub olmuşuq. Buna görə azarkeşlərin bizi qınamağa haqları var. “Xəzər Lənkəran” kimi komandanın iki oyunda 5 xal itirməyə haqqı yoxdur”.

“Çempionatdakı hər bir komandanı üstələyə bilərik”

“Komandamız Azərbaycan çempionatında istənilən rəqibə qarşı mübarizə apara və qalib gələ bilər. Kimdənsə zəif oynadığımızı demək haqsızlıq olar. Biz istənilən rəqiblə - “Neftçi”, “Qarabağ” və “İnter” kimi komandalarla da başabaş mübarizə aparmağa hazırıq”.

“Tounkara komandamıza geri dönəcək”

“Yay transfer vaxtının bitməsinə qədər bir qapıçı gətirəcəyik. Bundan əlavə Sadio Tounkara da geri dönəcək. Onlar gələcək və biz transfer işlərimizi yekunlaşdıracağıq”.

Müsahibəni götürdü: Elgiz Abbasov

   Turnir cədvəli
1 Qarabağ 33 76
2 Zirə 33 52
3 Sabah 33 52
4 Sumqayıt 33 51
5 Neftçi 33 50
6 Səbail 32 42
7 Turan Tovuz 33 42
8 Kəpəz 33 35
9 Araz-Naxçıvan 33 35
10 Qəbələ 32 17
Ətraflı
1 Qaradağ Lökbatan 24 52
2 Şamaxı 24 48
3 İmişli 24 46
4 MOİK 24 42
5 Karvan 24 38
6 Zaqatala 24 26
7 İrəvan 24 26
8 Mingəçevir 24 25
9 Difai Ağsu 24 20
10 Araz Saatlı 24 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: