Topaz
Premyer Liqasında dekabr, fevral və mart aylarının ən yaxşı futbolçuları və ən
gözəl qolların müəllifləri müəyyən olunmuşdur. İdman KİV nümayəndələri arasında
keçirilən sorğunun nəticələrinə əsasən “Qəbələ”nin futbolçusu Daniel Subotiç
dekabrda, “Qarabağ”ın futbolçusu Reynaldo Silva isə fevral və mart aylarında
Topaz Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
Peşəkar
Futbol Liqasının rəsmi saytında keçirilən sorğuların nəticələrinə əsasən ötən
aylarda vurulmuş ən gözəl qollar isə aşağıdakılardır:
Dekabr
– Con Oluremi (AZAL)
Fevral
– Reylando Silva (Qarabağ)
Mart
– Con Oluremi (AZAL)
“Fairmont
Baku” mehmanxanasında keçirilmiş tədbirdə qaliblərə Peşəkar Futbol Liqasının hədiyyələri
və Topaz-ın pul mükafatları təqdim olunmuşdur.
KİV sorğunun nəticələri Qeyd edək ki, noyabr-dekabr və fevral-mart aylarının ən yaxşı futbolçularının adlarını düzgün tapmış KİV nümayəndələri üçün pul mükafatı nəzərdə tutulmuşdur. Mükafat qaliblər arasında bərabər hissələrə bölünəcəkdir. Qalibləri düzgün tapmış KİV siyahısı
|