Unibank
Premyer Liqasının 27-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə
qarşılaşdı. Rəqibini minimal hesabla məğlub edən cənub təmsilçisi turnir cədvəlində
ikinci pilləyə yüksəldi – 1:0.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Ağır oyun olacağını
bilirdik. Altılıqda asan oyun olmur. “Qəbələ” final mərhələsində çox yaxşı oyun
göstərən komandalardan biridir. Qalib gəlməyimizə baxmayaraq komandanın
oyunundan razı qalmadım. Futbolçuların fiziki hazırlığı, hələ ki, istənilən səviyyədə
deyil. Qol vurandan sonra komanda müdafiədə oynadı”.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Bəzən belə oyunlar da olur. Bir çox
qol imkanlarımız olsa da qol vura bilmədik. Altılıq oyunları çox ağır keçir, lakin,
bu, Azərbaycan futbolunun xeyrinədir. Erkən qol buraxmağımız oyunumuza təsir
etdi”.
|