Unibank Premyer Liqasının 26-cı turuna bu gün keçirilmiş "Kəpəz" - "Rəvan" oyunu ilə yekun vuruldu. Gəncə təmsilçisinin heyətində cari mövsümdə 10-cu qolunu vuran Yuri Fomenko komandasına minimal hesablı qələbə qazandırdı - 1:0.
Bəhmən Həsənov, "Rəvan" klubunun baş məşqçisi: ""Kəpəz" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Komandalar bu gün bərabər oyun göstərdi, sonadək mübarizə apardı". Fuad İsmayılov, "Kəpəz" klubunun baş məşqçisi: "Eyni səviyyəli komandaların oyununu izlədik. Komandamı qələbə münasibəti ilə tərbik edirəm, gözəl oyuna görə təşəkkür edirəm. 90 dəqiqə ərzində göstərdikləri dəstəyə görə azarkeşlərimizə minnətdaram. Qarşıdakı oyunlarda da yaxşı oynamağa çalışacağıq".
|