AZAL PFK-dan verilən məlumata görə bu gün klub rəhbərliyi ilə məşqçilər korpusunun üzvlərinin görüşü keçirilib. Qısa sürən görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar. Belə ki, onlar rəsmi ərizə ilə müraciət edərək tutduqları vəzifədən istefa verdiklərini bildiriblər. Klub rəhbərliyi məşqçilər korpusunun istefasını qəbul edib.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.