Unibank Premyer Liqasının 26-cı turunda doğma azarkeşləri qarşısında "İnter"i qəbul edən "Xəzər Lənkəran" yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərli altında ilk qələbəsini qazanıb. Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Mənim
Lənkəran şəhərinə və onların komandalarına böyük hörmətim var. Baxmayaraq ki,
onlar bəzən mənə daş atırlar, amma mən Lənkəranı çox sevirəm. İndi oyun
haqqında nəsə demək mənə çətindir. Oyuna
baxıb analiz etdikdən sonra fikir söyləmək olar”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bu
gün çox gərgin oyun oldu. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bir çox
qol epizodlarımız olsa da, yalnız ikisindən yararlana bildik. Kubokda iki oyun
oynadıqdan sonra eyni komanda ilə yenə qarşılaşmaq çox çətin idi. Futbolçularıma
gələcək oyunlarda uğurlar arzulayıram”.
|