Unibank Premyer Liqasının
26-cı turunun mərkəzi qarşılaşması Ağdamda yerli “Qarabağ” və son çempion “Neftçi”
klubları arasında keçirildi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz
heç-heçə ilə başa açtdı -0:0.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Yaxşı oyun olacağı
bilinirdi. “Qarabağ”a qarşı oynamaq bizim üçün rahatdır. “Qarabağ” ən yaxşı
komandalarımızdan biridir. Çünki, bu komanda antifutbol oynamır”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Meydana qələbə əzmi ilə
çıxmışdıq. Birinci hissədə səhvlərimiz oldu. İkinci hissədə isə komanda bir qədər
yaxşı oynadı. Futbolçular daha çox top saxlayır, meydanda çox hərəkət edirdilər.
Bu gün bir xal qazandıq, bundan sonra çempionatın digər oyunlarını düşünəcəyik”.
|