Unibank
Premyer Liqasının 26-cı turunda AZAL səfərdə “Simurq”u 2:1 hesabı ilə məğlub
etdi.
Rafiq
Mİrzəyev, AZAL klubunun baş məşqçisi: “Oyun
ağır keçdi. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Biz öz
imkanlarımızdan faydalandıq, hər iki hissədə fərqləndik və qalib gəldik.
Komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Yaxşı oyun oldu, hesabı açsaq da,
üstünlüyü qoruya bilmədik. AZAL əks-hücumlardan yaxşı istifadə edir. Bərabər səviyyəli
oyun oldu. Hər iki komanda qol imkanları yaratsa da, rəqibimiz bu imkanlardan
daha səmərəli faydalandı”.
|