Unibank
Premyer Liqasının 26-cı turunda “Bakı” doğma meydanda “Qəbələ”ni qəbul etdi.
İlk hissədə məğlub vəziyyətə düşməsinə baxmayaraq oyunda dönüş yarada bilən
paytaxt təmsilçisi əzmkar qələbə qazandı – 2:1.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Oyuna əla başladıq, qol vurduq. Lakin
daha sonra buraxdığımız səhvlər ucbatından məğlub olduq. Avrokuboklara düşmək
üçün var gücümüzlə çalışacağıq. Mükafatçılar sırasında düşmək şansımızı
saxlayırıq”.
Novruz
Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Bu gün bəxt də tərəfimizdə oldu. Lakin,
bu, o demək deyil ki, qələbəyə layiq deyildik. Mövsümü 5-ci pillədən daha
yuxarıda başa vurmaq istəyirik. Bunun üçün də hər növbəti görüşdə qələbə
qazanmağa çalışacağıq. Fatih Kavlakın təəssüfünü bölüşürəm, son saniyələrdə məğlub
olmaq həmişə çətindir”.
|