Unibank
Premyer Liqasının 26-cı turunda Sumqayıtda eyni adlı komanda “Turan”la
qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1 xala razı oldu – 1:1.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Oyunun gedişi məni tam qane etmədi.
Belə oyunlarda qalib gəlmək çox çətin olur. Mövsümün sonuna yaxın komanda
problemlərlə rastlaşır. Qarşıdakı oyunlarda bundan yaxşı oynamalıyıq”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “90 dəqiqə ərzində qalib müəyyən
olmadı. Hər iki komanda mübarizə apardı, lakin qələbə qazanan olmadı”.
|