Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Bakı” səfərdə AZAL üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəldi-2:1.
Novruz Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Kubok oyunları adətən çətin
olur. Oyun bizim üçün yaxşı başladı. Futbolçularım yaxşı oynadılar. Daha da
yaxşı oynaya bilərlər. Rəqibimiz on nəfər qalandan sonra, futbolçularım
arxayınlaşdı. Nəticədə rəqib hesabı bərabərləşdirdi. AZAL ikinci hissədə bizdən üstün oyun göstərdi.
AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram”.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “İki hissə arasında böyük fərq
varıydı. Bəzi futbolçularım formada deyildi. Rəqibi təbrik edirəm. Final
oynamalarını arzulayıram”.
|