Azərbaycan
kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Xəzər Lənkəran”
doğma meydanda paytaxtın “İnter” komandasını qəbul etdi. Qarşılaşma 1-1 hesabı
ilə başa çatsa da, ilk oyunda rəqibini 3-2 hesabı ilə məğlub edən “İnter” növbəti
mərhələyə yüksəldi.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Kubok oyunları həmişə maraqlı keçir.
Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm, komandamı təbrik edirəm. İlk
oyunda qalib gəldiyimiz üçün bu gün nəticəyə oynadıq. Yunis Hüseynovu “Xəzər Lənkəran”
kimi böyük kluba baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Yaxşı oyun keçdi. Cavab qarşılaşmasının çətin keçəcəyini bilirdik.
Fikrimcə, qələbəyə layiq oyun göstərdik. İlk hissədə kobud səhvdən qol buraxdıq. Bundan sonra çempionatda liderlər
qrupundan ayrılmamağa çalışacağıq”.
|