Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Neftçi" doğma azarkeşləri qarşısında "Kəpəz"i qəbul edib. Komandalar hərəyə bir dəfə fərqlənsə də, növbəti mərhələyə adlayan komanda "Neftçi" olub. Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Rəqibi növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm. Təqvimin çox sıx olması oyunumuza təsirini göstərdi. Komandam sona qədər mübarizə apardı. İki tərəfdən biri növbəti mərhələyə keçməli idi”. Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Üç gündən bir oynanan oyunlar komandaya təsir göstərir. Əsas heyətdən 5 futbolçumuz zədəlidir. Oyun çox maraqlı keçdi. “Kəpəz”ə uğurlar arzulayıram. Biz yolumuza davam edəcəyik”.
|